Tarixi abidələrin Azərbaycanda və Gürcüstanda qorunma və bərpa edilmə təcrübəsi. Tarixi abidələr, qalalar, ibadət yerləri, məscid və kilsələr Azərbaycanda və Gürcüstanda baxın bu cür qorunur. Abbas Atilay sizə fotofaktlarla danışır.
Tarixi abidələrə iki dövlətin fərqli yanaşması

9
Tərtərin Bəyim Sarov kəndində bir kurqan. Kurqan ümumiyyətlə hiss edilmir, nə aidiyyatı orqanlar, nə də sadə vətəndaşlar tərəfindən. Kurqanın üzərində Orta Əsrlər dövrünə aid olduğu güman edilən məzar daşları var. Bu dşlar ciddi tədqiqat arzusundadır, ola bilsin tarixin hansısa bir hissəsinə işıq salacaq.

10

11
Şamaxının Dəmirçi kəndi. Məscid daşlarının üzərində əski əlifba ilə yazılmış rəqəmləri oxuduqda məscid 130 il əvvəl tikildiyinə inam yaranır. Bir əsrdə artıq yaşı olduğu kəndin yaşlı sakinləri də qeyd edir. Bu abidənin əhəmiyyətliliyi taxta qapısı üzərinə vurulmuş lövhədə də qeyd olunub: "Yerli əhəmiyyətli memarlıq abidəsi...Dövlət tərəfindən qorunur". Görünür ya bu lövhə bura təsadüfən vurulub, ya da dövlətin "qoruma" anlayışı fərqlidir. Dövlətin qoruduğu abidənin fotoları daha çox söz deyir.

12