Məzahir Pənahov: 'Tarixi gündür'
Bu gün, fevralın 9-u səsvermədən əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib.
M. Pənahov deyib ki, fevralın 9-u Azərbaycanda tarixi gündür. O, parlament seçkilərinin 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsini əhatə etdiyini, 1000 məntəqədə (ümumi məntəqələrin 18 faizi) vebkameraların quraşdırıldığını nəzərə çatdırıb.
MSK sədri əlavə edib ki, 5 milyon 329 min 460 seçici səsvermə hüququndan istifadə edə bilər.
M.Pənahovun bildirməsinə görə, səsvermə üçün 5 milyon 387 min 600 bülleten çap edilib. O qeyd edib ki, seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.
Onun habelə vurğulamasına görə, parlament seçkilərini izləmək üçün 77 min 790 yerli, 883 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
Milli Məclisdə 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparır. Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadındır.
Səsvermə saat 19:00-da bitməlidir.